23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür
Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə bu əlamətdar gün bütün dünyada qeyd olunur. Azərbaycanda Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir. Bu günlə əlaqədar olaraq C.Əskərov adına 50 nömrəli tam orta məktəbin kitabxana müdiri Rüstəmova Südabə 4,5,8-ci siniflərində maarifləndirici söhbət aparmışdır. Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu şagirdlərin diqqətinə bir daha çatdırmaqdır.