“Uşaqlar bizim gələcəyimizdir” və “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” mövzusunda tədbir

02.05.2024-cü il tarixində C. Əskərov adına 50 nömrəli tam orta məktəbin akt zalında “Uşaqlar bizim gələcəyimizdir” və “Narkotik əsrin bəlasıdır, zərərli vərdişlərə yox deyək” mövzusunda tədbir keçirildi. Tədbirdə Səbail Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Fəxrəddin Babayev, Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin Təşkili Bölməsi rəisi polis mayoru Zaur Hacıyev, məktəbin direktoru Vəfa Məmmədova, 9-11-ci sinif şagirdləri və müəllimlər iştirak edirdilər. Tədbiri məktəbin direktoru Vəfa Məmmədova açaraq mövzunun aktuallığı haqqında geniş məlumat vermiş və sözü Səbail Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin Təşkili Bölməsinin rəisi polis mayoru Zaur Hacıyevə vermişdir. Zaur Hacıyev çıxışında bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün aktual xarakter daşıdığını, ölkədə eyni zamanda Səbail rayonunda narkomaniyaya qarşı keçirilən tədbirlər, aparılan profilaktik işlər barədə tədbir iştirakçılarına məlumat vermişdir. Daha sonra Səbail Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin Təşkili Bölməsinin inspektoru, polis baş leytenantı Gülər Əliyeva gənc nəslin sağlamlığının qorunması istiqamətində çıxış etdi. Sonda narkotik vasitələrin fəsadlarından bəhs edən sosial çarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi