MƏKTƏBDƏ" AÇIQ QAPI " GÜNÜ TƏŞKİL EDİLDİ.

07.05.2024- cü il tarixdə C. Əskərov adına 50 nömrəli tam orta məktəbdə  "Valideynin məktəbdə bir günü " adlı "Açıq qapı " günü keçirildi.Valideynlər səhər saat 8:00 dan 14:00 a kimi məktəbə gələrək övladlarının təlim - tərbiyəsi ilə maraqlandılar. Günün sonunda “Açıq qapı” günündə iştirak etmiş valideynlər məktəbin direktoru və müavini tərəfindən dinlənildi. Dinləmədə məqsəd dərslərdə valideynlərin müşahidə etdikləri güclü və inkişafa ehtiyacı olan tərəfləri valideynlərlə müzakirə etmək, valideynlərin təkliflərini, dinləmək, müzakirə etmək və əməkdaşlığı gücləndirməkdən ibarət idi.
"Açıq qapı " gününün təşkil olunmasında məqsəd müəllim- valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim- tərbiyəsində səmərəliliyi artırmaq,valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi