İCBARİ TİBBİ SIĞORTA ÜZRƏ DÖVLƏT AGENTLİYİNİN APARICI MƏSLƏHƏTÇİSİ VALİDEYNLƏRLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRTDİ

26.04.2024-cü il tarixində məktəbin akt zalında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin aparıcı  məsləhətçisi Sevil Əliyeva tərəfindən icbari tibbi sığorta mövzusunda valideynlər ilə maarifləndirici görüş keçirilib. Agentliyin əməkdaşı müəllim və valideynlərə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası və s. barədə məlumat verib. Görüşün sonunda valideynləri maraqlandıran suallar Sevil xanım tərəfindən cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi