"Torpaq çərşənbəsi - İlaxır çərşənbə" qeyd edildi

İlin ən gözəl fəsillərindən biri bahardır. Bu fəsil gözəllik fəsli, xoş əhvali-ruhiyyə fəslidir. Bahar gələndə təbiətdə böyük dəyişikliklər baş verir. Baharın yurdumuza qədəm qoyduğu ilk gün gecə ilə gündüzün bərabərliyi günüdür. "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində məktəbimizin ibtidai sinif müəllimi Firəngiz Hüseynova və musiqi müəllimi Leyla Əliyevanın rəhbərliyi ilə 2 "A" sinif şagirdlərinin təqdimatında "Torpaq çərşənbəsi-İlaxır çərşənbı" adlı tədbir keçirildi. Şagirdlər milli adət ənənələrimiz, İlaxır çərşənbənin mənşəyi, tarixi kökləri haqqında danışıb. Daha sonra şagirdlər bayram münasibətilə şeirlər, rəqslər, səhnəciklər nümayiş etdiriblər. Novruzun məzəli personajları Kosa və Keçəlin meydanda görünməsi bayram şənliyinə daha da ahəng gətirib.
Sonda məktəbin direktoru Vəfa Məmmədova bütün şənlik iştirakçılarını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik etdi,hər kəsə can sağlığı,bol ruzi-bərəkət arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi