MİLLİ ADƏT-ƏNƏNƏLƏRİMİZ FİLMLƏRİMİZDƏ

 Martın 19-da “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində məktəbin Coğrafiya müəllimi Şamilova Sahibə tərəfindən VI “a” sinif şagirdlərinin iştirakı ilə "Milli adət-ənənələrimiz filmlərimizdə" başlığı altında bəzi filmlərə baxış keçirilib. Filmləri izləməkdə məqsəd şagirdləri milli -mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, dəyərlərimizi qorumaqdan ibarət olub.
Müəllim qeyd edib ki, Azərbaycan kinosu heç zaman folklorumuza, həyat tərzimizi ifadə edən nümunələrə biganə qalmayıb. Hər bir film də özünəməxsusluğu ilə seçilib. İsmayıl Şıxlının əsəri əsasında çəkilən "Dəli Kür" filmində Novruz bayramı, üzük falı, qapı pusmaq, torba atmaq kimi ənənələrimiz göstərilib. Sonda müəllim bu əsərlərin, filmlərin bizim tariximiz, mədəniyyətimiz olduğunu, onları qoruyub, gələcək nəsillərə ötürmək hər birimizin borcu olduğunu söyləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi