"Konstitusiya və suverenlik ili" - təqdimat işləri

Azərbaycan Respublikası 2025-ci ilin "Konstitusiya və suverenlik" ili elan edilməsi ilə bağlı məktəbdə müstəlif tədbirlər həyata keçirilir. 18 aprel 2025-ci il tarixdə məktəbin 8-ci sinif şagirdlərinin iştirakı ilə "Konstitusiya və suverenlik" mövzusunda təqdimat işləri həyata keçirildi. Sinif rəhbəri Məlahət Dəmirova şagirdlərə bir daha anlatdı ki, Azərbaycan Respublikasında suverenlik və dövlətçilik prinsiplərinin möhkəmlənidirilməsi xalqımızın rifahı üçün zəmin yaratmaq, müstəqil dövlətimizin varlığını və inkişafını təmin etməklə bərabər həm də onun milli kimliyini, birliyi ifadə edir.