“Kitab mənim dünyamdır!” - ədəbi-bədii kompozisiya

Bildiyimiz kimi YUNESKO –nun qərarına əsasən, hər il 23 aprel beynəlxalq səviyyədə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd edilir.
Şagirdlərin şəxsiyyət kimi formalaşıb kamilləşməsində, onların mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütailənin əhəmiyyətini şagirdlərə çatdırmaq məqsədi ilə 23 aprel 2025-ci il tarixdə məktəbdə UBR Sevinc Alıyevanın rəhbərliyi altında “Kitab mənim dünyamdır!” adlı ədəbi-bədii kompozisiya keçirildi.
Tədbirdə şagirdlər “Bir qalanın sirri” kinofilmindən bir parçanı səhnələşdirib, nağıl qəhrəmanlarının obrazlarını yaradaraq gözəl nitq qabiliyyəti və səhnə mədəniyyəti nümayiş etdirməklə yanaşı həm də gözəl rəqs və ifaları ilə tamaşaçıları sevindirdilər.