Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş sinif təşkilat saatları keçirildi!

Məktəbdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş sinif təşkilat saatları keçirildi. Təşkilat saatlarında şagirdlərə Heydər Əliyevin həyatı, fəaliyyəti, milli dövlət quruculuğundakı rolu və gəncliyə verdiyi önəm barədə ətraflı məlumat verildi.
Şagirdlər Ulu Öndərin gənclərlə bağlı söylədiyi fikirləri müzakirə etmiş, onun Azərbaycan tarixində tutduğu mühüm mövqeyi haqqında çıxışlar etmişlər.
Tədbirlər vətənpərvərlik ruhunda keçmiş, şagirdlərdə milli qürur hissinin güclənməsinə töhfə vermişdir.