“Füzuli 530 il”

Məhəmməd Füzuli 1494-cü ildə İraqın Kərbəla şəhərində doğulmuşdur.

Füzuli Azərbaycanda məşhur olan türk mənşəli Bayat tayfasındandır..

Azərbaycan-Türk ədəbiyyatı tarixində divan janrının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınmışdır. 

Füzuli üç dildə - türk, ərəb, və fars dillərində  qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Ana dilli bədii nəsrin əsasını qoymuşdur.

Füzuli doxsana qədər qəsidə yazmışdır. Qitələrində isə böyük ictimai-fəlsəfi problemlər qoyaraq öz qənaətini bədii dildə ifadə edirdi. Şairin yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də, Şərq və dünya poeziyasının nadir incilərindən sayılır. Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn olunmuşdur.

     “Məhəmməd Füzulinin anadan olmasının 530 ili” bağlı olaraq Azərbaycan dili, Ədəbiyyat müəllimi İ. Südabənin təşəbbüsü ilə  məktəb kitabxanasında tədbir keçirildi. Bu tədbirdə kitabxanaçı H.Günay, kitabxanaçı C.Mərziyə və 7-9 – cu sinif şagirdləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi