“Reproduktiv sağlamlıq mövzusunda tədbir”

     02.05.2024- cü il tarixdə məktəbin VI sinif qızları ilə "Reproduktiv sağlamlıq" mövzusunda tədbir təşkil olundu.

   “Reproduktiv sağlamlıq mövzusunda tədbir” ilə bağlı Bakı Təhsil İnstitutunun nümayəndəsi Bənövşə Tağıyeva yeniyetmə qızlarla yeniyetməlik dövrünün xüsusiyyətləri, ailə planlaşdırılması, şəxsi gigiyena qaydaları və s. barədə ətraflı məlumat verməklə yanaşı, reproduktiv sağlamlığın  insan üçün fiziki, mənəvi və sosial rifahı vəziyyəti olduğunu, insan təkmilləşdikcə reprodukdiv sağlamlığın da inkişaf etməsini qeyd etdi. Bu sağlamlığın təməlinin yeniyetməlik dövründə yaranmasını və bütün həyat boyu qorunub-saxlanmasını xüsusilə vurğuladı. Məqsəd şagirdlər arasında yeniyetməlik dövründə olan gənc nəslin sağlam tərbiyəsi istiqamətində maarifləndirmə  işlərinin aparılması idi.

          

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi