Tağızadə Nihad Kənan oğlu 20 iyul 2004-cü ildə Bakıda anadan olmuşdur. 2011-ci ildə Bakı şəhəri Səbail rayonu 49 nömrəli məktəb-liseyin birinci sinfinə qəbul edilmişdir. İdmana olan həvəsi onu 2014-cü ildə “Qızıl əlcək” İdman klubunda baş məşqçi R.Allahverdiyevin rəhbərliyi altında boks və kikboksinq idman növü üzrə başlamış, bir sıra yarışlarda qalib olmuş və nailiyyətlər əldə etmişdir. 2019-cu ildə Macarıstanın Budapeşt şəhərində yeniyetmələr arasında kikboksinq üzrə Avropa çempionatında sadəcə finalda 1 xalla məğlub olaraq gümüş medala layiq görülmüşdür. Daha sonra Rusiyanın Anapa şəhərində Dünya kubokunda qalib gələrək Dünya kubokununn sahibi olmuşdur. Daha sonra 2021-ci ilin noyabr ayında Kikboksinq üzrə Monteneqronun Budva şəhərində Gənclər arasında 51 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Nihad 3 döyüş keçirmiş, yarımfinalda bolqarıstanlı rəqibinin üzərində tam qələbə çalmışdır. Finalda Rusiyanı təmsil edən erməni idmançısı ilə qarşılaşmış, onu məğlub edərək Avropanın Qızıl medalını qazanmış, Kikboksinq üzrə Avropa çempionu olmuşdur.