Tələbə Qəbulu üzrə Dövlət Komissiyası monitorinq imtahanları keçirdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 13, 14, 15 aprel tarixlərində məktəbimizin Azərbaycan bölməsinin 11-ci sinfində təhsil alan şagirdlər üçün monitorinq imtahanları keçirdi. İmtahanlar Azərbaycan dili, riyaziyyat və fizika fənlərindən ayrı-ayrı günlərdə oldu. Bütün fənlər üzrə imtahan saat 10:00-da başlanıldı.İmtahanın müddəti Azərbaycan dilindən 45 dəqiqə, riyaziyyat və fizika fənləri üzrə isə 1 saat ayrılmışdı.