"4 e sinif şagirdi Banu Axundovanın uğuru"26-28 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində keçirilən bədii gimnastika üzrə “Stryx Sports Cup 2024” adlı beynəlxalq yarışmada 1-ci yerə layiq görülmüş, məktəbin 4 e sinif şagirdi Banu Axundovanı təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.
"11 d sinif şagirdi Kamil Kərimlinin uğuru"11d sinif şagirdi, Samuray karate klubunun karateçisi Kərimli Kamil İlqar oğlu 21-24 mart 2024-cü il tarixlərində Maltada keçirilən Malta Open A klas beynəlxalq turniri və Dünya Karate Alyansının (WKA) dünya çempionatında isə 16-17 yaş, 65-75 kq çəkili karateçilərin mübarizəsində gümüş medalın sahibi olmuşdur.
Məktəbimizin məzunu Kamil Kərimlini hər iki turnirdə Azərbaycanı uğurla təmsil etməsi münasibəti ilə təbrik edir, gələcək yarışlarda yeni qələbələr, titullar, dərslərində uğurlar, müvəffəqiyyətlər arzulayırıq.
4 "E" sinif şagirdi Banu Axundovanın uğuruMəktəbin 4 "E" sinif şagirdi Banu Axundova 2023-cü ilin 16-19 noyabr tarixində Gürcüstanın Tbilisi şəhərində keçirilmiş bədii gimnastika üzrə "New Look Cup" beynəlxalq turnirində uğurla çıxış edərək birincilik qazanıb və qızıl medala layiq görülüb.