HAQQIMIZDA

Bakı şəhəri Nərimanov rayonu 47 nömrəli tam orta məktəb şəhərin qabaqcıl məktəblərindən biri kimi tanınır.1953-cü ildən fəaliyyət göstərən bu təhsil ocağı bütün dövrlərdə rayonun inkişafda olan, irəliyə gedən təhsil müəssisələri sırasında olub.Məktəb 2009-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin məktəbi" müsabiqəsinin qalibi olmuşdur.Məktəbdə çalışan pedaqoqların hər biri tədris ocağının bu şərəfli adını daim uca tutmağa çalışır, bir müəllim kimi hər vaxt məharətlə işləyirlər. Məktəb iki dildə Azərbaycan və rus dilində fəaliyyət göstərir.İki bölmədə ümümilikdə 1637 nəfər şagird təhsil alır.Məktəb ikinövbəlidir.Məktəbdə 133 nəfər müəllim işləyir. Pedaqoji kollektivin səyləri nəticəsində məktəbin uğurları ildən ilə artmaqda davam edir.Məktəb öz fəaliyyətini 5 illik dövr üçün nəzərdə tutulmuş “İnkişaf proqramı” əsasında qurur 2014-cü ildə məktəb Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə əsaslı təmir olunmuşdur.Məktəbin maddi-texniki bazası möhkəmləndirilmiş, müasir tələblərə cavab verən avadanlıqlarla təmin olunmuşdur.Məktəbdə yeni kabinetlər, laboratoriyalar yaradılmışdır.Şagirdlərin yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək üçün mütəmadi olaraq işlər görülür.Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmiş,təhsil prosesinin şagirdlərin meyl və maraqlarına görə qurulması,fənlərarası inteqrasiya və inteqrativləşməyə keçilməsi vasitəsilə əsas hədəfin təhsil verənə və təhsil alana yönəldilməsi,istedadı reallaşdırmaqda hamıya bərabər şərait yaradılması üzrə vəzifələrin həll edilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Məktəbin rəhbərliyi ,pedaqoji kollektivi bundan sonra da idarəetmədə bu və ya digər səviyyədə iştirak etmək hüququ olan təhsil prosesi iştirakçılarının hamılıqla təlimin keyfiyyəti və şagirdlərin müvəffəqiyyətinin təmin edilməsi işinə cəlb olunması sahəsində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirmək əzmindədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi