“Əylənərək öyrənək” mövzusunda interaktiv açıq dərs

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Leyla Ağaverdiyeva 10.01.2025-ci il tarixdə 7 d sinif şagirdləri ilə birgə “Əylənərək öyrənək” mövzusunda interaktiv açıq dərs keçirdi. Leksika bölməsi üzrə qurulan bu interaktiv dərsin ilk mərhələsi milli ruhda olan ev tapşırıqları ilə bağlandı. “Həmrəylik Günü”, “Xarıbülbül”, milli musiqilər, milli atributları əks etdirən şirniyyatlar təqdim olundu. Digər mərhələlər leksika bölməsini əhatə edən interaktiv yarışlar şəkildə keçirildi. Gözəl əhval-ruhiyyədə keçirilən açıq dərs valideynlər tərəfindən maraqla qarşılandı. Şagirdlər hədiyyələr və sertifikatlarla mükafatlandırıldı.