Kimya fənnindən açıq dərs keçirildi

Məktəbimizdə mütəmadi olaraq fənn aylıqları keçirilir.Aylıqlar çərçivəsində müəllimlər açıq dərslər verirlər.Kimya müəllimi İsrafilova Milana rus bölməsinin 8d sinfində “Qeyri-üzvi birləşmələrin təsnifatı” mövzusunda açıq dərs keçirmişdir.Dərsin əvvəlində mövzuya uyğun motivasiya qoyuldu.Burada kimyəvi maddələrin formulası ilə verilmiş atalar sözlərindən istifadə olundu.Həmin formulaları şagirdlər sözlə əvəz etdilər.Ardınca təqdiqat sualları qoyuldu.Təqdiqat aparmaq üçün şagirdlər “Oksidlər”, “Turşular”, “Qələvi”, “Duzlar” adı altında qruplara bölündülər.Qruplar öz təqdimatlarını hazır edib təqdim etdilər.Apardıqları təcrübə əsasında qruplar bir-birlərinə suallar verib cavablandırdılar.Sonda müəllim rebus şəklində tərtib etdiyi suallarını verdi.Şagirdlər tərəfindən suallar cavablandırıldı.Müəllimin yeni metodika ilə keçirdiyi açıq dərs şagirdlərin yüksək fəallığı ilə keçdi.Dərsin sonunda müəllim qruplar üzrə qiymətləndirmə apardı.Dərsin gedişi məktəbin direktoru Bağırova Aytən,təlim-tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Gülnarə, kimya müəllimi Şirəliyeva Sədaqət, sinif rəhbəri Hüseynova Zülfiyə tərəfindən izlənildi.