Şagirdlərimiz «Şahin» hərbi-idman oyununda iştirak etdilər

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan «Şahin» hərbi-idman oyunu Daxili İşlər Nazirliyinin Daxili Qoşunların “N” saylı hərbi hissəsində keçirilib.Yarışda komandamız tam tərkibdə iştirak edərək «Şahin» hərbi-idman oyununun Nərimanov rayon birinciliyinin “Tüfəngdən hədəfə atəş açmaq” mərhələsində fərqləndiyinə görə diplomla təltif olunub.Oyunun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi