9 Noyabr – Dövlət Bayrağı Günü

9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar məktəbdə bir sıra tədbirlər keçirildi. 1a sinfi “Bayraq mənimliyimdir, bayraq kimliyim”, 5ç sinfi isə “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbirlər keçirdilər. Bayrağa həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Keçirilən tədbirlərin sonunda məktəbin direktoru çıxış edərək ümummilli liderimiz Heydər Əliyevin bu sözləri ilə bitirdi: “Biz öz himnimizi,bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə,olan sədaqət,sevgi və məhəbbətin rəmzidir.