18 Oktyabr – Azərbaycanın Müstəqillik Günü ilə bağlı tədbir

Məktəbin 5a sinif şagirdləri 18 Oktyabr – Azərbaycanın Müstəqillik Günü ilə bağlı tədbir keçirdilər. Tədbirdə ilk olaraq Azərbaycan himni səsləndi. Sonra məktəbin direktoru Aytən xanım çıxış edərək şagirdləri salamladı və qeyd etdi ki, bu gün hər yerdə olduğu kimi məktəbimiz də müstəqilliyimizin 28 - ci ildönümünü qeyd edir. Biz inanırıq ki, tezliklə Ali Baş Komandanımız İlham Əliyevin səyi nəticəsində torpaqlarımız geri qaytarılacaq və xalqımız yenidən öz torpaqlarına qovuşacaqdır. Daha sonra şagirdlər şeirlər söyləyib, mahnılar ifa etdilər. Sonda sinif rəhbəri Hacıyeva Mətanət çıxış edərək müstəqilliyimizlə bağlı öz fikirlərini söylədi. Tədbirdə məktəbin direktoru Bağırova Aytən, təlim-tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Gülnarə, tərbiyə işləri üzrə direktor müavini Abışova Rübabə, Azərbaycan dili müəllimi Əzimova Xatirə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi