“Narkomaniya ümumbəşəri bəladır”

“Narkomaniya ümumbəşəri bəladır” adlı maarifləndirici tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların belə vərdişlərdən uzaq durmaları, savadlı, vətənpərvər olmaları, sağlamlıqlarını qorumaları barədə maarifləndirməkdən ibarət olub.

Tədbirdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları, şagirdlər, məktəbin direktoru və müəllimlər iştirak ediblər. Tədbirdə narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışılıb, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlarından geniş bəhs edilib. Bildirilib ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, ictimaiyyət nümayəndələri, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda vaxtaşırı olaraq maarifləndirici tədbirlər keçirilməlidir. Narkomaniya gənclərin cəlb olunmaması ilə hər kəs mübarizə aparmalı, hüquq-mühafizə orqanlarının bu istiqamətdə həyata keçirtdikləri qabaqlayıcı tədbirlərdə yaxından iştirak etməlidir. Daha sonra narkomaniya adlı bəlanın dəhşətlərini  əks etdirən videoçarx nümayiş etdirilib. Tədbir məktəblilərin sual cavabları ilə diskusiya şəkilində sona çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi