Respublika Yaradıcılıq Festivalı

İyunun 10 - da Beynəlxalq Muğam Mərkəzində məktəblilərin respublika yaradıcılıq festivalı qaliblərinin təltif olunması mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov istedadlı uşaq və gənclərin aşkar edilməsi, onların gələcəkdə ixtisas və peşə seçiminə köməklik göstərilməsi, eləcə də ümumtəhsil məktəblərinin müvafiq sahələr üzrə sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi baxımından belə müsabiqələrin xüsusi əhəmiyyətini vurğulayıb.Çıxışlardan sonra festival qaliblərinin qiymətləndirilməsi nəticəsində dram, dekorativ-tətbiqi sənət və təsviri incəsənət, ekologiya nominasiyaları üzrə 1, 2, 3 - cü yerlərə layiq görülmüş məktəblilər təltif olunub, diplom və hədiyyələr təqdim edilib.
Məktəbin VII və IX sinif şagirdləri “Məktəblilərin Respublika Yaradıcılıq Festivalı” çərçivəsində 2018/2019 – cu tədris ilində keçirilən “Dram,təsviri və dekorativ – tətbiqi sənət” respublika müsabiqəsində “Dram” nominasiyası üzrə 3 - cü yerə layiq görülmüşdür.