Şagirdlərimiz Amerika mərkəzində

Mart ayının 1-dən 5-nə qədər Bakı şəhəri Nərimanov rayonunun 47 nömrəli məktəbin müəllim və şagirdləri ingilis dili həftəsi keçirilən Amerika mərkəzinə baş çəkiblər.Amerikadan olan təcrübəli müəllimlər həm şagirdlər, həm də müəllimlər üçün yararlı olan çox maraqlı mövzularda mühazirələr verdilər.Martın 1-i dərsi müxtəlifləşdirmək, şifahi nitqi inkişaf etdirmək yolları, həmçinin "phrasal verbs" necə istifadə etmək və öyrənmək qaydaları mövzusunda mühazirələr verildi.Martın 2-si Melani Beykerin şagirdlərin söz ehtiyyatının artırılması, yeni sözləri tətbiq etmə qaydaları və xarici dil öyrəndikdə şagirdlərin söz ehtiyyatın rolu haqda mühazirəsi oxundu.Elə həmən gün dili qavramaqda dinləmənin təkmilləşdirilməsi haqda mühazirəsi dinləndi. (auding) (Listening practice).Martın 3-ü dili öyrənməkdə qrammatikanın rolu haqda Melani Beykerin verdiyi mühazirə dinləndi.Həmən gün 14 şagird ABŞ-ın coğrafiyası, tarixi və mədəniyyəti sahələrində olan biliklərinin aşkar edilməsi üçün oyunda iştirak etdilər. Bizim şagirdlər aktiv iştirak etdi, I-ci yeri tutdu ve hediyyələrlə (kitablarla) təltif olundular.Martın 4-ü xarici dili öyrənəndə qaçılmaz olan səhvlərin düzəldilməsi haqda mühazirə dinləndi.Həmən gün müəllimlər və şagirdlər Kevin MakKofinin verdiyi "Amerikanın kəşfi" adlı maarifləndirici proqramı dinlədi. Son 100 ildə Amerika mahnısının inkişafı haqda bilmək, mahnıları dinləmək, müxtəlif janrlar haqda bilmək çox maraqlı idi.Martın 5-i ingilis dilində cizgi filminə baxıldı, ardından onun bizim məktəbin şagirdlərinin iştirakı ilə müzakirəsi olundu.Rəhbərlik, müəllimlər ve şagirdlər maraqlı mühazirələr, səmimi mühit və qazanılmış təcrübə üçün Amerika mərkəzinə, onun işçilərinə və müəllimlərinə çox təşəkkür edirlər.