Valideynin məktəbdə bir günü

Müasir məktəb şəxsiyyətin yalnız formal təhsil alması üçün deyil,həm də hərtərəfli inkşaf etməsi üçün yaradılmış mühitdir.Məktəb kollektivi ilə müntəzəm əlaqədə olan ailələrin övladları qarşılıqlı ictimai-sosial əlaqələrin inkşafında da böyük uğurlar əldə edirlər.Həmçinin, dərslərdə davamiyyətin artması,etik davranış qaydaları və dərslərə hazırlıq səviyyəsinin yüksəlməsi istisna edilmir.Valideyn-şagird-müəllim və məktəb rəhbərliyi arasında əməkdaşlıq birgə qərarların qəbul edilməsinə, hər bir iştirakçının rəylərinin,təkliflərinin əldə etməyə, kollektiv şəkildə fəaliyyətlər icra etməyə və fərd olaraq öhdəliklər götürməyə imkanlar yaradır.Məhz buna görə də 31 may 2019-cu il tarixdə Bakı şəhəri 47 nömrəli tam orta məktəbdə “Valideynin Məktəbdə Bir Günü” adlı görüş həyata keçirildi.Həmin gün valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığı təmin olundu, məktəbin pedaqoji heyyəti və texniki işçi kollektivi ilə ünsiyyət platforması yaradıldı, valideynlər məktəb kitabxanası, məktəblinin dostunun otağı, yeməkxana,sinif otaqları, idman meydançası, labaratoriyaları gəzərək, məktəb mühiti ilə tanış oldular. Tanışlıq sonrası valideynlərin istər infrastruktur, istərsə də tədris prosesinin təkmilləşdirilməsi, eləcə də məktəb mühitinə göstərə biləcəkləri töhfələr ilə bağlı rəylər,təkliflər əldə edilərək, məktəb rəhbəri A.Bağırovanın  iştirakı ilə səmərəli fikir mübadiləsi və müzakirələr aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi