Ədəbi natura

    Bakı şəhər Təhsil İdarəsi və Respublika Elmi Pedaqoji Kitabxanasının əməkdaşlığı çərçivəsində məktəb şagirdlərinin mütaliə vərdişlərinin formalaşdırılmasına dairƏdəbi natura"  adlı  tədbir həyata keçirildi. Tədbirdə şagirdlər sevdikləri ədəbi qəhrəmanları səhnədə canlandırıdılar. Sonra isə şəkil müsabiqəsi keçirildi. Müsabiqədə qalib seçilənlər diplomla təltif edildi. Tədbirin keçirilməsində məqsəd ailədə şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması və daha da möhkəmləndirilməsi oldu. Sonda tədbirdə fəal iştirak edən şagirdlərə REPK-a tərəfindən kitablar hədiyyə edildi. Tədbirdə Respublika Elmi Pedaqoji Kitabxanasının əməkdaşları Gülər  Əhmədova, Təhminə Əhmədova, məktəbin direktoru Aytən Bağırova, valideynlər və ibtidai sinif şagirdləri iştirak etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi