Ulu öndərin xatirəsinə həsr olunmuş təbdir

Tərbiyə işləri üzrə direktor müavini Rübabə Abuşovanın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş “Heydər zirvəsi” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandıqdan sonra ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. 5 “B” sinif şagirdləri müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti haqqında tədbir iştirakçılarına məlumat verdilər. Sonra ulu öndərə həsr olunmuş şeirlər və musiqi parçaları səsləndirdilər. Sonda isə məktəbin direktoru Aytən Bağırova  çıxış edərək dahi şəxsiyyətin misilsiz tarixi xidmətlərindən, təhsilə və gənclərə göstərdiyi diqqət və qayğıdan danışdı. Heydər Əliyevin siyasi kursunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyini qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi