Milli Suverenlik və Uşaq Bayramı Günü

23 Aprel tarixi hər il Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günü kimi qeyd olunur. Bu münasibətlə Türkiyənin Azərbaycandakı Təhsil Müşaviri Mahmut Ağırmanın təşəbbüsü ilə məktəbimizin 2  “C” sinif şagirdləri ilə Ankara şəhərinin Mamak Ali Kuşçu orta məktəbinin ibtidai sinif şagirdləri arasında “Məktub qardaşlığı” layihəsi həyata keçirildi. Məktəbimizdə layihəyə həsr olunmuş geniş bayram tədbiri təşkil olundu. Tədbirdən əvvəl Türkiyənin TRT Avaz kanalı məktəbimizlə  birbaşa canlı bağlantı yaradaraq şagirdlərdən müsahibə götürdü. Canlı yayım bitdikdən sonra Azərbaycan və Türkiyənin himni səsləndirilərək tədbir açıq elan edildi. Məktəbin direktoru Aytən Bağırova çıxış edərək  23 aprel bayramının tarixi əhəmiyyətindən, dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan, iki qardaş ölkənin təhsil-mədəniyyət sahəsindəki uğurlarından bəhs etdi. Sonra  şagirdlər tərəfindən səslənən“Sev qardaşım”,  “Əl-ələ verək”, “Dünyaya gəldik bir kərə”, “Həyat bayram olsa” musiqi parçaları böyük coşquyla qarşılandı.  2 “C” sinif şagirdlərinin nümayiş etdirdiyi “Azərbaycan - Türkiyə bayraq” rəqsi tədbir iştirakçılarında vətənpərvərlik və milli duyğu hissləri oyatdı. Tədbirin sonunda Türkiyə dövlətinin Azərbaycandakı təhsil nümayəndəsi Mahmut Ağırman çıxış etdi. Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı tarixindən danışdı. O, bu bayramın banisinin Mustafa Kamal Atatürkün olduğunu vurğuladı.Bayram münasibətilə azərbaycanlı və türkiyəli uşaqları təbrik etdi. Daha sonra isə Milli Məclisin deputatı Adil Əliyev çıxış etdi və uşaqların hər iki dövlətin gələcəyi olduğunu bildirərək dövlət rəhbərliyinin uşaqlara göstərdiyi qayğıdan danışdı.

Tədbirdə Türkiyə dövlətinin Azərbaycandakı təhsil nümayəndəsi Mahmut Ağırman, Milli Məclisin deputatı Adil Əliyev, Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi