Məktəblilərdən örnək addım

Məktəbdə şagirdlərin təşəbbüsü ilə xeyirxah aksiya təşkil olunub. Belə ki, müəllim, şagird və valideynlər səfərbər olaraq məktəbin X sinif şagirdi Telman Aslanovun əməliyyatının reallaşdırılmasını təmin ediblər. Telmanın sağlamlığına qovuşması üçün sinif yoldaşları əllərindən gələn köməkliyi göstəriblər. Məktəblilər bədii kitablarını və zəruri ehtiyac duymadıqları müxtəlif əşyalarını, evdə hazırlayıb gətirdikləri şirniyyatları sataraq, əldə olunan vəsaitlə öz sinif yoldaşlarına kömək ola biliblər. Müəllimlərin, valideynlər və şagirdlərin həmrəyliyi nəticəsində Telmanın əməliyyatı üçün lazım olan vəsaitin böyük bir hissəsi toplanıb və o, əməliyyat olunub. Artıq özünü gümrah hiss edən Telman məktəbə gəlir, dərslərdə iştirak edir. Sinif yoldaşları çalışırlar ki, Telman dərslərində onlardan geri qalmasın. Şagirdlərin bu təşəbbüskarlığını alqışlayan valideynlər də onlara dəstək olub, belə bir örnək addımın gerşəkləşməsinə öz töhfələrini veriblər.