NARKOMANİYAYA YOX DEYƏK!

Bu gün bəşəriyyəti düşündürən, rahatsız edən ən ağrılı problemlərdən biri və ən başlıcası cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən xəstəliklərindən biri də narkomaniyadır. İllər boyu insanlar bu xəstəliyə qarşı mübarizə aparırlar.Bizim məktəbdə də hər il bu məsələ barədə çoxlu inşa müsabiqələri və tədbirlər keçirir.Bu gündə “NARKOMANİYAYA QARŞI MÜBARİZƏ, NARKOMANİYAYA YOX DEYƏK!” başlığı altında IX sinif şagidləri ilə söhbət aparıldı. Məktəbin psixoloqu Günay Abbasova bir ümumi ad altında adlandırılmış narkomanların zaman içində heç bir mənəvi dəyərlərinin olmamasına gətirib çıxaran sonu tezliklə ölümlə nəticələnən aludəçiliyinin təhlükəsinin ciddiliyini şagirdlərə geniş şəkildə məlumat verdi. Sonda narkomaniyaya aid videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi