Aprel döyüşləri

Məktəbin  10 “A” sinif şagirdləri Aprel döyüşlərinin üçüncü ildönümünə həsr etdikləri “Qələbəyə gedən yol” adında diskussiya keçirdilər. Diskussiyada məktəbin direktoru Bağırova Aytən, direktor müavinləri Rüstəmova Gülnarə, Abuşova Rübabə, məktəbin tarix müəllimləri və məktəbdə təcrübə keçən tarix fakültəsinin tələbələri iştirak edirdilər. Himn oxunduqdan sonra şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlər əvvəlcə Aprel döyüşlərinin başlanma səbəbləri haqqında, sonra isə Aprel şəhidləri haqqında məlumat verdilər. Onlar çıxışlarında qeyd etdilər ki, bu döyüşlər haqqında müzakirə aparmaq onlar üçün çətin deyil, çünki həmin hadisələr baş verəndə onlar artıq 7-ci sinifdə oxuyurdular, bu hadisələri özləri izləyirmişlər.

Məktəbin tarix müəllimi Nəbi Əlirzayevin şagirdlərlə maraqlı müzakirələri baş tutdu. Sonda isə direktor Bağırova Aytən çıxış edərək  Cənab Prezident İlham Əliyevin Aprel döyüşlərinə verdiyi qiymət haqqında danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi