Xocalı Soyqrımını heç vaxt unutmamalıyıq

26.02.2016-cı il tarixdə Nərimanov rayonu 47 №li tam orta məktəbdə Xocalı faciəsinin 24-cü il dönümünə həsr olunmuş ədəbi-kompozisiya təşkil olunmuşdur.Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başladı. Təbir iştirakçıları “Xocalı faciəsində” faciəli şəkildə həyatlarını itirmiş insanların xatirələrini bir anlıq sükutla yad etdilər. Sonra şagirdlər şəhidlərə həsr olunmuş müxtəlif şeirlər söylədilər “Xocalı Soyqrımını heç vaxt unutmamalıyıq” mövzusunda hazırlanmış ədəbi bədii kompozisiyada məktəbin şagirdləri vətənpərvərlik ruhlu çıxışları ilə tədbir iştirakçılarını təsirləndirdi.Tədbirdə məktəbin direktoru Aytən Bağırova çıxış edərək Xocalı faciəsində dünyalarını dəyişmiş vətəndaşlarımızı dərin hüznlə xatırladı.Bildirdi ki, hər bir məktəbli düşmənlərimizi tanımalı, torpaqlarımızı geri qaytarmaq əzmində olmalıdır. Direktor şagirdlərə üz tutaraq onu da vurğuladı ki, faciə qurbanlarının qanı yerdə qalmamalı, mütləq nankor, hiyləgər, şovnist ermənidən sizlər qisasımızı almalısınız. Aytən xanım Mehriban xanım Əliyavanın Xocalıya ədalət istiqamətində gördüyü işlərdən bəhs etdi.Şagirdlərin vətənpərvərlk tərbiyəsində dövlət siyasətinin uğurla həyata keçirldiyini diqqətə çatdırdı. Şagirdləri vətənə layiqli vətəndaş olmağa, torpaqlarımızın azadlığı uğrunda mübariz olmağı tövsiyyə etdi.Sonda Millixəbər.az-ın rəhbəri Zamin Zeynal çıxış edərək məktəb rəhbərliyinin bu cür vətənpərvər təşəbbüslərini dəstəklədiyini, şagirdlərin Xocalı dəhşətini əks etdirən şeirləri ürək ağrısı ilə əbədi yaddaşına yazıldığını bildirdi. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevanın dünyada apardığı Xocalıya Ədalət kompaniyasında şagirdləri birgəliyə, həmirəyliyə səslədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi