9-cu sinif şagirdləri arasında Azərbaycan tarixi fənnindən yarışma keçirildi

25 fevral 2016-ci il tarixdə 47 nömrəli tam orta məktəbdə 9-cu sinif şagirdləri arasında Azərbaycan tarixi fənnindən yarışma keçirilmişdir. Yarışda 9a sinif şagirdləri “Lider” , 9b sinif şagirdləri “Günəş”, 9c sinif şagirdləri isə “Zəka” komandaları adı altında yarışırdılar.Yarışda şagirdlərin cavabları dinlənilərək münsiflər heyəti tərəfindən qiymətləndirilmişdir.Belə ki, komandalar arasından 9b sinfini təmsil edən “Günəş” komandası birinci yerə layiq görülmüşdür.Münsiflər heyətində məktəbin direktoru A.Bağırova, direktor müavini G.Rüstəmova , tarix müəllimləri N.Əlirzayev, S.Kərimova və 11b sinif şagirdi M.Mirzəliyev iştirak etmişdilər.