Novruz şənliyi

Novruz Bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. 7 “A” və 7 “C” sinif şagirdləridə Baharın gəlişini ruh yüksəkliyi ilə qeyd etdilər.Tərbiyə -işləri üzrə direktor müavini Abuşova Rübabənin rəhbərliyi ilə təşkil olunan bayram şənliyində şagirdlər bahara aid şeirlər, rəqslər ifa edib, kiçik səhnəciklər göstərdilər. Ənənəvi bayram personajları - Kosa ilə Keçəl öz duzlu-məzəli çıxışları ilə ruh yüksəkliyi yaradıb, şənliyə xoş abu-hava bəxş etdilər.