İngilis dili fənnindən açıq dərs keçirildi

Təhsil Nazirliyi və British Council – in birgə layihəsi olan SPEX çərçivəsində təlim keçən məktəbin ingilis dili müəllimi Novruzova Mehribanın təlimdə öyrəndiklərini tətbiq edərək 8 “A” sinfində “Mənim sevimli kino ulduzum” mövzusunda açıq dərs keçirtdi. Müəllim cütlərlə iş, qrup işi ilə birlikdə səhnəcik göstərərək debatdan istifadə etdi. Dərsdə təlim- tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Gülnarə, British Council – in eksperti Mehdiyeva Ülkər, metodbirləşmə rəhbəri Hüseynquliyeva Aygün iştirak etdilər.