Xocalı faciəsi unudulmur

Məktəbin Azərbaycan dili müəllimi Məmmədova Güldanənin təşkilatçılığı ilə 5 “C” sinfində “Xocalı faciəsi unudulmur” adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət himni ilə başlanan tədbirdə Xocalı şəhidləri başda olmaqla, torpaqlarımız uğrunda şəhid olan bütün həmvətənlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər, mahnılar səsləndirdilər. Sonda isə Xocalı faciəsi ilə bağlı film nümayiş olundu.