Sağlam Təhsil - Sağlam Millət

Artıq 3 ildir ki, ADPU “İbtidai sinif müəllimiliyi” ixtisası üzrə təhsil alan SABAH tələbələri “Sağlam Təhsil - Sağlam Millət” layihəsinin tətbiq olunduğu siniflərdə pedaqoji təcrübə keçirirlər.
Bu il 47 №-li tam orta məktəbdə 4-15 fevral 2019-ci il III kurs tələbələri Əliyev Elmar və Məmmədova Şahnaz 3-cü sinifdə pedaqoji təcrübə keçirdilər.
14 fevral tarixində hər iki tələbə açıq dərs verdi.
Məmmədova Şahnaz Azərbaycan dili “Şah İsmayıl Xətai” mövzusunu seçmişdi. Şagirdlər mətndəki əsas fikrə münasibət bildirdilər, qrammatik mənalarına görə sözləri qruplaşdırdılar. Tələbə dərsdə İKT-dən, iş vərəqlərindən, dərslikdən istifadə etdi.
Uşaqlar mətnin ideyasını həyat haqqında düşüncələri ilə əlaqələndirərək fikir yürütdülər.
Əliyev Elman riyaziyyat dərsində saatların növünü göstərdi. Vaxtın hesablanmasını şagirdlərə öyrətdi. Dərsin sonunda qiymətləndirmə apardı.
Şagirdlərin özlərinin düzəltdiyi ən yaxşı saatları xüsusi guşədə nümayiş etdirdi.