Sağlam təhsil siniflərində psixoloji iş
Məktəbin “Sağlam təhsil”-in 2“B” sinfində ixtiyari diqqətin yoxlanılması üçün məktəbin psixoloqu Abbasova Günay test keçirtdi. Diqqət də digər psixi proseslər kimi öz inkişaf mərhələlərinə aiddir. L.S.Viqotski diqqətin inkişafı haqqında yazırdı ki, uşağın diqqətinin inkişaf tarixi onun davranışının təşkili ilə uyğunlaşır. Məktəb təlimi, ixtiyari diqqətin inkişafında xüsusilə böyük əhəmiyyət daşıyır.
4 “Ç” “Sağlam təhsil” sinfində “İki yarımkürələrin aktivləşdirilməsi” adlı metoddan istifadə olundu.Ehtiyac olan uşaqlarla fərdi olaraq məşğul olundu.