V sinif şagirdləri arasında yarış
Məktəbin Azərbaycan və rus bölməsinin V sinif şagirdlərinin mütailə marağını artırmaq məqsədilə yarış təşkil olundu. Rus bölməsinin 5 “D” və 5 “E” sinif şagirdləri arasında “Timur və onun komandası” povesti, Azərbaycan bölməsinin 5 “A”, 5 “B”, 5 “C” sinif şagirdlərin arasında S.S.Axundovun “Nürəddin” hekayəsinin məzmunu və təhlili əsasında keçirildi. Hər iki yarışın gedişatında məktəbin direktoru A.Bağırova, direktor müavinləri G.Rüstəmova, R.Abuşova iştirak etdilər. Verilən suallar şagirdlər arasında bədii qiraətə daha böyük həvəs oyatdı. Qalib komandalar mükafatlandırıldı. Sonda məktəbin direktoru çıxış edərək bu yarışda zəhməti olan hər kəsə təşəkkür etdi və belə yarışların davamlı olmasını istədi.