Ulu öndər Heydər Əliyevin anım günü

6 "B" sinif şagirdləri ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandıqdan sonra ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Müstəqilliyə gedən yolumuzu işıqlandıran, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu və demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti barədə şagirdlər tərəfindən məlumat verildikdən sonra ulu öndərə həsr olunmuş şeirlər və musiqi parçaları səsləndirdilər.