“Hormonal sistem” mövzusunda açıq dərs keçirildi

Həsənova Brilyant 8 “A” sinfində “Hormonal sistem” mövzusunda açıq dərs keçirdi.Dərsə maraqlı motivasiya ilə başladı. Şagirdlər sevinc və qorxu hissi keçirən insanlarda baş verən fizoloji dəyişiklikləri fərqləndirdikdən sonra bunun humoral sistemimizin fəaliyyəti qənaətinə gəldilər. Tədqiqat sualı səsləndikdən sonra fərziyyələr söyləndi və tədqiqat başlandı. Tədqiqat kiçik qruplarla həyata keçirildi. Qrupların işi dinlənildikdən sonra ümumiləşdirmə aparıldı.Bu zaman mövzuya aid slaydlar nümayiş etdirildi. Yaradıcı tətbiqetmə mərhələsində şagirdlər heç bir əziyyət çəkmədən xarici,daxili və qarışıq  sekresiya vəzlərini fərqləndirdilər.Sonda müəllim formativ qiymətləndirmə apardı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi