20 Yanvar

19.01.2016-cı ildə 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı məktəbimizdə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Himni ilə başlandı.Himn oxunduqdan sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirin ilk nitqini məktəbin direktoru A.T.Bağırova etdi. O, 26 illik yaranın unudulmadığını, hər zaman xalqımız tərəfindən fəxrlə xatırlanacağını vurğuladı. A.T.Bağırova söylədi ki, 1990-cı ilin yanvarında baş vərən hadisələr Azərbaycan tarixində dönüş nöqtəsinə çevrilib və xalqın öz azadlığı, müstəqilliyi, toxunulmazlığı uğrunda apardığı mübarizənin simvolu halına gəlib. A.T.Bağırova diqqətə çatdırdı ki, ölkə prezidenti cənab İlham Əliyəvin hər il olduğu kimi bu il də imzaladığı “20 Yanvar” faciəsinin ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında sərəncamı bu qürurlu tarixin unudulmamasına, gənc nəsillərə öyrədilməsinə müstəsna təsir edir. A.T.Bağırova nitqini bitirdikdən sonra sözü şagirdlərə verdi. Şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər,mahnılar səsləndirdilər. Tədbirin sonunda 20 Yanvar faciəsi ilə bağlı film nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi