Şagirdlər bayrağa sədaqət andı içiblər

“İnnovativ Təşəbbüslər” ictimai birliyinin təşəbbüsü, Müdafiə və Təhsil Nazirliklərinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş  Milli Ordunun yaranma günü qeyd edilib. 

Məktəbin direktoru Aytən Bağırova tədbiri giriş sözü ilə açaraq belə layihələrin şagirdlər üçün əhəmiyyətini vurğulayıb. Sonra sözü layihə rəhbərinə verib. 

 Layihə rəhbəri, “İnnovativ Təşəbbüslər” ictimai birliyinin sədri Əşrəf Əhmədov Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti qurucularının və ailələrinin başlarına gətirilən müsibətlərdən, məşəqqətli həyat yaşamalarından, lakin bu yoldan dönmədiklərindən, ömürlərinin sonuna kimi  bayrağımıza sadiq qalmalarından danışıb. Qeyd edib ki, uçrəngli bayrağımızı öz gücümüzlə, birliyimizlə hər zaman uca tutmalı,başımız üstə dalğalandırmalıyıq: “Bu günkü tədbirimizdə şagirdlər boyunlarına vahid birliyimizi təcəssüm etdirən üçrəngli bayrağımızı əks etdirən qalstuk taxıblar. Bu isə o deməkdir ki, biz aldığımız nəfəsi bayrağımıza borcluyuq”. Çıxışının sonunda  Ə. Əhmədov Milli Ordumuzun üçrəngli bayrağımızı işgal ərazisində olan torpaqlarımızda dalğalandıracağını dilə gətirərək ordumuzun bu gücə sahib olduğunu vurğulayıb.

 Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə əlaqələr İdarəsinin dövlət qulluqçusu Zümrüd Səmədova Azərbaycan Ordusunun günü-gündən güclənməsini və qüdrətinin artmasını, ordumuzun ölkəmizin ərazi bütövlüyünü çox yüksək səviyyədə təmin edəcək gücünə malik olduğunu dilə gətirib .

 Daha sonra şagirdlər “Bayrağa sədaqət andı” içərək Azərbaycan Respublikasının bayrağını  hər zaman uca tutacaqlarına, yüksəklərdə dalğalanması üçün mübarizə aparacaqlarına söz veriblər. Tədbir ordu quruculuğu  haqqında çıxışlarla , şagirdlərin mahnı və şeir parçaları ilə davam edib. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi