Azərbaycan Xalq Cümhuriyyəti

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur.
Bu münasibətlə məktəbimizdə bilik yarışı keçirildi. Yarışda bizim məktəblə yanaşı 39 və 291 nömrəli məktəbin komandaları iştirak edirdilər. Hər məktəbdən bir nəfər tarix müəlliminin hazırladığı 30 suala ümumilikdə 90 suala şagirdlər fəalıqla cavab verdilər. Verilən cavablar münsiflər heyəti tərəfindən qiymətləndirildi və tədbirin sonunda iştirak edən hər bir şagirdə diplomla təltif olundu.
Yarışda hər 3 məktəbin direktorları və tarix müəllimləri iştirak edirdilər. Onların hər biri çıxış edərək şagirdlərə uğurlar arzuladılar.