“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsinin yekunu

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 01.05.2015-ci il tarixli, 535 nömrəli əmrinə əsasən “Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsi yekunlaşdırıldı.Məktəb mərhələsində tərtib olunmuş sualları (oxuduqları əsərlər,onların müəllifləri, hər bir əsərin mövzusu, ideyası, tərbiyəvi əhəmiyyəti) şagirdlər yazılı şəkildə cavablandırdılar.Şagirdlərin cavabları yaradılmış işçi qrupu tərəfindən təhlil olundu.Həyata keçirilən tədbirlərin nəticəsi olaraq 2 şagirdimiz seçilərək rayon mərhələsinə təqdim edildi.VIII siniflərdə “Şifahi Xalq Ədəbiyyatı” mövzusunda dəyirimi masa keçirildi. Tədbirdə məktəbin direktoru A.Bağırova, təlim-tərbiyə işləri üzrə direktor müavini G.Rüstəmova,Tərbiyə işləri üzrə direktor müavini R.Abuşova, ədəbiyyat müəllimləri R.Tağıyeva, X.Əzimova, C.Hüseynova, G.Məmmədova iştirak etdilər.