IX siniflərdə monitorinq keçirildi
Bakı Şəhəri Təhsil İdarəsinin tabeliyində olan bütün məktəblərin 9-cu siniflərində İngilis dili və Riyaziyyat fənləri üzrə monitorinq keçirildi. İmtahan suallarının cavablandırılması üçün 60 dəqiqə vaxt verildi. İmtahan 10:30-da başlandı və 12:30-da qurtardı.İmtahana qeyri-ixtisas müəllimləri nəzarət edirdilər. IX siniflərinin real bilik səviyyələrini müəyyən edilməsi və nəticələrin yaxşılaşdırılması istiqamətində düzgün tədbirlərin görülməsi üçün monitorinq şəffaf və obyektiv keçirildi.