“Mən tolerantlığı necə başa düşürəm”

“Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev Bilik günündə Bakıdakı 148 nömrəli məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 29 oktyabr 2015-ci il tarixli 263 nömrəli əmri ilə təsdiq edilmiş “Fəaliyyət Planı”nın 3.9-cu bəndinə əsasən Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş “Mən tolerantlığı necə başa düşürəm” mövzusunda məktəbimizdə tədbir keçirildi.Tədbirdə məktəbin X sinif şagirdləri, müəllimlər, məktəbin direktoru A.T.Bağırova, təlim-tərbiyə işlər üzrə direktor müavini G.Ə.Rüstəmova,tərbiyə işləri üzrə direktor müavini R.Abışova, məktəbin pisxoloqu G.Abbasova iştirak etdilər.Məktəbin psixoloqu G.Abbasova “Mən Tolerantlığı necə başa düşürəm” məruzəsi dinlənildi. G.Abbasova məruzəsində qeyd etdi ki Müstəqillik əldə edildikdən bir neçə il sonra dövlət dini azlıqların hüquqlarının qorunması və təminatı sahəsində çox mühüm və ciddi addımlar atılıb. 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Qanun qəbul edilib və zaman keçdikcə şəraitə uyğun olaraq, həmin qanuna 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilib. Bu qanuna görə, Azərbaycan Respublikasında vətəndaş hüququna malik olan “Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir”. Hökumət dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra islahatların həyata keçirilməsini məqsədəuyğun hesab etdi. “Dini etiqad azadlığı haqqında” Qanunun qəbul edilməsindən keçən 21 il ərzində bu qanuna edilən dəyişikliklər onu daha da təkmilləşdirmiş və müasir prinsiplərə uyğun şəkildə formalaşıb. “Azərbaycan uzun əsrlərdir ki, tolerantlığı ilə seçilib. Azərbaycan dünyaya Nizami Gəncəvi, Məhəmməd Füzuli və Bakuvi kimi şəxsiyyətlər bəxş edən bir ölkədir. Azərbaycan İslama sədaqətini həmişə nümayiş etdirib. Sovet dövründə də xalqımız dəyərlərini qoruyaraq saxlayıb. Əsrlər boyu öz mili-mənəvi dəyərlərini qoruyan Azərbaycan xalqı digər xalqların dəyərlərinə də hörmətlə yanaşıb. Tarixi faktdır ki, azərbaycanlılar torpaq alıb, yəhudi sinaqoqlarının tikilməsinə yardım ediblər. 16-cı əsrdə Azərbaycan xalqının dünyaya bəxş etdiyi Səfəvilər atəşpərəstlər üçün məbəd tikintisinə şərait yaradıblar. Bu, bizim tarixi ənənəmizdir”. Daha sonra mövzu ətrafında fikir mübadiləsi olundu və film nümayiş olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi