Açıq dərs

Məktəbin musiqi müəllimi İrzayeva Rəna 5c sinfində “Zərbi-Muğam və Poeziya” mövzusunda açıq dərs keçirdi.Müəllim şagirdlərlə salamlaşdıqdan sonra şagirdlərin ifasında Azərbaycan Respublikasının Himni oxundu. Müəllim şagirdləri mövzu ilə tanış etdi və onları qruplara ayrıraraq tapşırıqlar verdi. Şagirdlər tapşırıqların öhdəsindən gəlməyə çalışdılar və nəticələr qiymətləndirildi. Dərsdə “Arazbarı” zərbi-muğam və Üzeyir Hacıbəylinin Avropa triosu üçün yazdığı eyniadlı “Arazbarı” simfonik əsəri səsləndirildi. Müəllim daha sonra Azərbaycanın tarixinə, incəsənətinə, folkloruna,muğamına, keçmişinə nəzər salaraq şagirdləri suallarla mövzunu əhatələndirdi. Müəllimin yeni metodika ilə keçirdiyi tədris prosessini məktəbin direktoru Bağırova Aytən,təlim-tərbiyə işləri üzrə direktor müavini Rüstəmova Gülnarə, musiqi müəllimi Abbasova Natella,sinif rəhbəri Əliyeva Elmira və valideynlər tərəfindən izlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi