“Azərbaycan folkloru” adlı xalq yaradıcılığı festivalında şagirdlərimizin uğuru

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş “Azərbaycan folkloru” adlı xalq yaradıcılığı festivalı keçirilir.Festivalın keçirilməsində əsas məqsəd məktəbliləri xalqımızın milli-mənəvi irsi ilə yaxından tanış etmək, onları Azərbaycan folkloruna, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə etmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq,onların yaradıcılıq potensialının inkişaf etdirilməsində dəstək vermək və “istedad bankı”nı zənginləşdirməkdir.Festival xalq yaradıcılığının müxtəlif janrları – şeir, mahnı, muğam ifaçılığı,rəqs,musiqi alətində ifa, səhnəcik – xalq oyunları nominasiyaları üzrə keçirilir.Şagirdlərimizdə “Azərbaycan folkloru” adlı yaradıcılq festivalında iştirak etdilər.Şagirdlərimiz rayon və şəhər mərhələsində qalib olaraq Respublika mərhələsinə vəsiqə qazandılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi