Ümummilli Liderimiz Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir

Dekabrın 11-də 47 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru A.T.Bağırova açdı. Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin direktoru A.Bağırova qeyd edib ki, Ulu Öndərin vəfatından 12 il ötsə də Azərbaycan xalqının yaddaşına xilaskar, qurucu, yaradıcı lider kimi həkk olunan bu dahi insan təkcə bizim yox, bütün dünya azərbaycanlılarının fəxrinə çevrilib. Azərbaycan xalqının dahilik rəmzi olan Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür. Aydın görünür ki, Heydər Əliyev rəhbərliyinin bütün dövrlərində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya miqyasında kök atıb. Tədbirin təşkilatçıları təlim-tərbiyə işləri üzrə direktor müavini G.Rüstəmova,Tərbiyə işləri üzrə direktor müavini R.Abışova,məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi R.Tağıyeva ,tarix müəllimi T.Mərdanova çıxış edərək dünya siyasətinin nəhəngi, Azərbaycan xalqının müdrik oğlu, müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin uzaqgörən siyasətindən, xalqı üçün yaratdığı xarüqələrdən, ömrünü Vətəninə və millətinə həsr etməsindən söz açdılar.Sonra söz şagirdlərə verildi.Tədbirdə çıxış edən şagirdlər Ulu Öndərə həsr olunmuş şeirlər,mahnılar səsləndirdilər. Monitor vasitəsilə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən görüntülər nümayiş olundu. Ümummilli liderin layiqli davamçısı hörmətli Prezidentimiz İlham Əliyevin apardığı daxili və xarici siyasəti işıqlandıran görüntülər də monitor vasitəsilə göstərildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi