31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə məktəbimizdə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Aytən Bağırova, təlim-tərbiyə işlər üzrə direktor müavini Gülnarə Rüstəmova, tərbiyə işləri üzrə direktor müavini Rübabə Abışova, məktəbin pisxoloqu Günay Abbasova, Uşaq birliyi rəhbəri Fatma Həsənova və müəllimlər iştirak etdilər. Tədbiri giriş sözü ilə məktəbin direktoru A.Bağırova açdı. O, öz çıxışında məktəb müəllimlərini və şagird kollektivini qarşıdan gələn 31 Dekabr Dünya  Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik etdi,  şagirdlərə uğurlar arzuladı. A.Bağırova bildirdi ki, dünya azərbaycanlılarının birliyi ideyası Ulu Öndər Heydər Əliyevin dövlətçilik tarixindəki ən böyük xidmətlərindən biridir və onun davamçısı prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət bu gün milyonlarla azərbaycanlını bir bayraq altında birləşdirir. A.Bağırova çıxışını bitirdikdən sonra sözü şənlik aparıcılarına və şagirdlərə verdi. Şagirdlərin birgə hazırlığı nəticəsində ərsəyə gələn şənlik gözəl ifalarla və çıxışlarla davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi